"Düşünürəm ki, Cəmil Həsənlinin Müsavat partiyasının başqanı Arif Hacılı ilə deyil, əksinə İsa Qəmbərlə görüşməsində təəccüblü heç bir məqam yoxdur". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət deyib.
Onun sözlərinə görə, son dövrlər cəbhədə, eyni zamanda da Azərbaycan ətrafında baş verənlər təkcə hakimiyyətdə deyil, yəqin ki müxalifət dairələrində də ciddi izlənilir və buna uyğun hərəkətlər edilir: "Çox güman ki, həmin görüşdə konkret müzakirə ediləcək məsələlər olub".
AXCP sədri Əli Kərimlinin Azərbaycan ictimaiyyəti xüsusilə gənclər tərəfindən qınaq obyektinə çevrilməsinə gəlincə sədr bildirib ki, cəbhədə baş verən hadisələr fonunda əvvəlcə o, "biz Azərbaycan ordusunun bütün addımlarını dəstəkləyəcəyik və ölkə hakimiyyətini tənqid etməyəcəyik" fikrini söylədi, sonradan bunu sətiraltı ifadələrlə əvəzlədi: "Onun Azərbaycan hakimiyyətini, ordusunu ittihama yönəlik fikirlər səsləndirməsi yerinə düşmür. Çünki hamı ölkəmizlə bağlı geosiyasi gerçəklikləri yaxşı bilir. O cümlədən də Əli Kərimlinin bunları bilməsinə heç şübhəm yoxdur. Amma Azərbaycanla bağlı gerçəkləri xüsusilə də qonşu dövlətlərlə münasibətimizi yaxşı bilən bir adamın durub bunun üzərində manipulyasiya etməsi səmimi yanaşma deyil. O baxımdan da mən Əli Kərimlini şəxsən tənqid edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB