Türkiyə 56 ölkədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) strukturunda terrora qarşı güclü əməkdaşlıq üçün İstanbul mərkəzli Polis Əməkdaşlıq və Koordinasiya Mərkəzi təklif edib. SİA-nın Türkiyə mətbuatına istinadən bu, İslam Zirvəsi tərəfindən təsdiq olunub.
Türkiyə prezident Rəcəb Tayyip Ərdoğan, 13-cü İƏT-nın açılışındakı çıxışında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında bir polis birliyi qurulması təklifinin qəbul edildiyini açıqlayıb.
Ərdoğan deyib ki, İƏT-na üzv ölkələr arasında, terrora və digər cinayətlərə qarşı əməkdaşlığı gücləndirəcək bir quruluş yaradılması məqsədəuyğun olacaq. Buna görə onun İstanbul mərkəzli bir İƏT Polis Əməkdaşlıq və Koordinasiya Mərkəzi qurulması təklifi qəbul olunub.
İƏT Polis Əməkdaşlıq və Koordinasiya Mərkəzi layihəsi, üzv ölkələr arasında, xüsusilə İŞİD kimi terror təşkilatlarına qarşı polis əməkdaşlığını asanlaşdıracaq. İstanbulda qurulacaq mərkəz, İƏT-yə bağlı bir ixtisas vahidi kimi çalışacaq, davamlı bir əlaqə nöqtəsi vəzifəsini öhdəsinə götürəcək, üzv dövlətlər arasında təhlükəsizlik sahəsində əməkdaşlığın qeyri-kafiliyini aradan qaldıracaq, beynəlxalq qanunvericiliyin tətbiqi, təlimi əməkdaşlıq fəaliyyətlərini icra edəcək.
Qeyd edək ki, İƏT üzv ölkələr arasında təhlükəsizlik kontekstində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə ilk dəfə 2006-ci ildə İranda bir yığıncaq keçirilib. Oxşar yığıncaqlar 2009-cu ildə Azərbaycanda, 2013-cü ildə Türkiyədə reallaşdırılıb. Türkiyə, İƏT ölkələri arasında ortaq polis birliyi qurulmasını təklif edib. Bu təklif, dünənki zirvədə üzv ölkələr tərəfindən qəbul edilib.
Təhminə Novruzlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB