Məlahət İbrahimqızı: “Sarkisyan xalqına qurbanlıq qoyun kimi baxır” MÜNASİBƏT

"Ümumiyyətlə Serj Sarkisyan rejiminin mahiyyəti elədir ki, o nəinki öz əsgərinə, eləcə də xalqına özünün qulu, köləsi kimi baxır". Bunu SİA-ya millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Sarkisyan bütün erməni xalqına özünün qurbanlıq qoyunu kimi baxır: "O öz məqsədinə çatmaq və hakimiyyətini davam etdirmək üçün nə lazımdırsa onu da istifadə edir. Şahidi oluruq ki, onun ordusunda əsgərlər kütləvi şəkildə qaçırlar. Hətta erməni komandirləri qaçan əsgərləri güllələyirdilər. Axı niyə onlar Serj Sarkisyan rejiminin qurbanı olmalıdırlar? Nəyə görə erməni anası oğlunu başqa dövlətin torpağı uğrunda qurban verməlidir. Məsələn, bizim Vətən oğullarımız öz torpaqlarımız uğrunda şəhid olurlar və əbədiyyətə qovuşurlar.

Nə qədərki Azərbaycan xalqı var həmin şəhidlərimiz də heç zaman unutmayacaq. Bizim torpaqlarımız heç də bugünə kimi asanlıqla qorunmayıb. Amma erməni qadınları, anaları hətta siyasətçiləri dəfələrlə beynəlxalq təşkilatlara müraciətlərində bildiriblər ki, sizlərin sabah gələcək nəsillər qarşısında deyiləcək cavabınız var, Vətəninizi öz oğullarınız var bəs erməni analarının oğulları nəyə görə ölüb? Bu mənada hesab edirəm ki, əli Xocalıda qana batmış Serj Sarkisyandan başqa heçnə gözləməyə dəyməz. O özünün mənafeyi üçün hər şeyi qurban verməyə hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə