Putindən Türkiyə etirafı

Bu gün prezident Vladimir Putin qatıldığı canlı efirdə Rusiyaya məxsus təyyarənin vurulmasından sonra Türkiyəyə qoyulan embarqoya görə ölkədə bahalaşmanın olmasını etiraf edib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Putinə ilk sual bahalaşma ilə əlaqədar olub. Putin bir vətəndaşın "Keçən il ailəm üçün 5 min rubla aldığım ərzaqlara indi 10 min verməli oluram. Hökumətimiz isə inflyasiyanın o qədər da artmadığını söyləyir" fikrinə münasibət bildirib.

Putin bu sualdan sonra Türkiyəyə tətbiq olunan embarqonun ölkənin iqtisadiyyatına mənfi təsir etdiyini deyib: "Təbii ki, xarici ölkələrdən gələn məhsullara sanksiyaların da bu vəziyyətə ağır bir təsiri olub. Çünki daxili məhsullara qayıtmaq məcburiyyətində qaldıq. Bu da bəzi məhsullara görə qiymətlərin yüksəlməsinə səbəb olub".

Təhminə Novruzlu

Bütün xəbərlər Facebook səhifəmizdə