“Düzgün qidalanmaq gənclərin sağlam həyatının əsas elementidir”

“Düzgün qidalanmaq gənclərin sağlam həyatının əsas elementidir”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Düzgün qidalanmaq gənclərin sağlam həyatının əsas elementidir" adlı layihənin bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, layihə rəhbəri məlumat verərək iştirakçıların diqqətinə çatdırıb ki, düzgün qidalanmaq gənclərin sağlam həyatının vacib elementidir. Gün ərzində qəbul edilən qidaların ardıcıllıqları və hansı miqdarda qəbul olunması haqqında layihə iştirakçılarına ətraflı məlumat verilib.

Sonda isə layihədə fəal iştirak edən gənclər sertifikatla təltif olunublar. Nəzərinizə çatdırırıq ki, "Düzgün qidalanmaq gənclərin sağlam həyatının əsas elementidir" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 7-ci qrant müsabiqəsində qalib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə