Politoloq: “Dövlətimizə dəstək olmalıyıq!” AÇIQLAMA

"Dörd günlük müharibədə şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əyirik! Bu oğullar öz həyatları bahasına düşmənə - torpaqdan pay görməyəcəksiniz, xam xəyallar sizi aldatmasın dedilər! Düşmən buna inandı və Azərbaycan əsgərinin vətən uğrunda ölüm-dirim savaşına hansı qətiyyətlə atıldığını görüb, vahimələndi, qaçmağa üz tutdu. Əslində bu bütövlükdə Azərbaycan xalqının işğalçılara qısa bir mesajı idi. Bu dörd günlük mesajdan sonra ermənilər başa düşdülər ki, "yiyələri" bir neçə gün də səsini qaldırıb onlara havadarlıq etməsəydi, Azərbaycan əsgərinin səsi təkcə Xankəndindən, Şuşadan deyil, Zəngəzur və Göyçə mahalından gələcəkdi. Erməni bunu başa düşdü". Bunu SİA-ya politoloq Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, sapı özümüzdən olan satqınlar isə müharibə vəziyyətində xalq-prezident vəhdətinin gücünü görüb erməni Azərbaycan əsgərinin şücaətindən vahimələndiyi kimi vahimələndilər: "Başa düşdülər ki, belə vəhdət olan yerdə onların "siyasi müxalifliyi" ətraflarında özləri kimi olan 5-10 nəfərdən başqa heç kimə lazım olmayacaq və bu səbəbdən bərk əndişələndilər. Azərbaycan əsgərinin uğuruna qara yaxmaqdan da utanıb xəcalət çəkmədilər. Bu adamların siyasi əxlaqı yoxdur! Siyasi əxlaqı olmayan "siyasilər" isə hər bir yaramazlığın altından imza atmağı bacaranlardır. Bizim hər birimiz bu vətənin övladlarıyıq və deməli vətəni bizim üçün vətən kimi qoruyub saxlayan dövlətimizə də dəstək olmalıyıq!"

Bütün xəbərlər Facebook səhifəmizdə