İsrailin Azərbaycana silah satışı davam edəcəkmi?

İsrail kəşfiyyatının sabiq rəhbəri: “Azərbaycanın silahla təchizatı davam edəcək”
İsrailin Azərbaycana silah satışı davam edəcəkmi?

"İsrailin Azərbaycanla xüsusi əlaqələri var. Bu əlaqələr istər İsrailə, istərsə də Azərbaycana təhlükə yarada biləcək halların qarşısını almaq üçün daha da möhkəmləndirilib". SİA xəbər verir ki, bu sözləri rusdilli saytların birinə İsrailin "Nativ" xüsusi xidmət orqanının sabiq rəhbəri, hazırda polotologiya ilə məşğul olan Yakov Kedmi bildirib.

Onun sözlərinə görə, ölkəsinin Azərbaycana satdığı silahlar onun regional təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır: "Əgər İsrail Azərbaycana mövcud silahların satışını dayandırarsa, Azərbaycan həmin silahları Avropa və Asiya ölkələrindən, yaxud da ABŞ-dan alacaq. Azərbaycanla Ermənistan arasında baş verən münaqişə bu, ya da digər ölkənin silahlanmasından asılı olan məsələ deyil".

Sabiq kəşfiyyat rəhbəri vurğulayıb ki, həe hansı iradlara baxmayaraq, onun ölkəsi bundan sonra da Azərbaycanla mövcud istiqamətdə əməkdaşlığını davam etdirəcək: "Hesab edirəm ki, İsrail gələcəkdə də Azərbaycana silah satmaqda davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə