Türkiyədəki tək Azərbaycan əsilli rektor olan Giresun Universitetinin rektoru professor Aygün Attar Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş məhkəməyə verib. SİA-nın verdiyi xəbərə görə, buna səbəb Səlahəddin Dəmirtaşın Azərbaycan və Türkiyə əleyhinə davranışlarıdır.
Əslən Azərbaycanın Qarabağ bölgəsindən olan professor Aygün Attar Azərbaycan və Türkiyənin milli məsələlərinə xüsusi həssaslıqla yanaşır. Səlahəddin Dəmirtaş isə partiyasının parlamentdəki fraksiyasının iclasında Azərbaycan ordusunun keçirdiyi son hərbi əməliyyatlarla bağlı tənqidi fikirlər səsləndirmiş, hətta Azərbaycanın ərazi bütövlüyünə zidd ifadələr işlətmişdi.
Rektor Aygün Attarın şikayət ərizəsində qeyd edib ki, Səlahəddin Dəmirtaş Azərbaycanın öz ərazilərini işğaldan azad etmək təşəbbüsünü heç bir əsası olmadan müəyyən terrorçu qrupların fəaliyyəti ilə eyniləşdirməyə cəhd edib. Şikayət ərizəsində qeyd edilib ki, Səlahəddin Dəmirtaşın bundan öncəki fəaliyyətlərində və açıqlamalarında da Azərbaycan türklərinə qarşı düşmənçiliyini gizlətməyib, PKK-PYD terror təşkilatını Azərbaycan silahlı qüvvələri ilə eyniləşdirməyə təşəbbüs edib.
Rektor Aygün Attar Səlahəddin Dəmirtaşın Azərbaycan dövlətçiliyi əleyhində olan fəaliyyətini həm də Türkiyə-Azərbaycan münasibətlərinə qəsd təşəbbüsü kimi qiymətləndirib. Rektor Aygün Attarın şikayət ərizəsində Səlahəddin Dəmirtaşın Türkiyə dövlətinin milli təhlükəsizlik maraqlarına zidd daxili və xarici fəaliyyətləri də konkret faktlarla əsaslandırılıb və Selahattin Demirtaşın Türkiyə Cəza Qanunun müvafiq maddələri ilə cəzalandırılması tələb edilib.
Xatırladaq ki, professor Aygün Attar Giresun Universitetinin rektorudur. Professor A.Attar, bu vəzifəyə 2012-ci ildə təyin olunub.
Bu ilin mart ayında Giresun Universitetində keçirilən rektorluq seçkisində isə rekord səs toplayaraq birinci yeri tutub. 10 namizədin yarışdığı seçkidə professor Aygün Attar 260, onun əsas rəqibi kimi təqdim olunan Cevdet Coşkun isə sadəcə 103 səs toplaya bilib.
Yaxın günlərdə professor A.Attarın növbəti dəfə rektor təyin edilməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB