Əli Kərimliyə qarşı növbəti ETİRAZ AKSİYASI - FOTOLAR-VİDEO

Əli Kərimliyə qarşı növbəti ETİRAZ AKSİYASI - FOTOLAR-VİDEO

Bu gün bir qrup gənc tərəfindən AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirilib. SİA-nın məlumatına görə, aksiya iştirakçıları AXCP sədri Əli Kərimlinin sosial şəbəkədə qeyd etdiyi anti-azərbaycan fikirlərinə etiraz ediblər. Aksiya iştirakçıları AXCP sədrinin Azərbaycan ordusu haqqında yazdığı fikirlərin əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

Aksiyada gənclər "Ölkəmizə Əli kərimli kimi şərəfsiz lazım deyil", "Rədd ol Azərbaycandan", "Vətən xaininin yeri zindandır", "Əli Kərimli ilə eyni ölkənin vətəndaşı olmaq istəmirik!", "Ordumuzun uğuru Əli Kərimlinin faciəsidir", "Bizə birlik lazımdır, xalqı qarşıdurmaya səsləmə!" kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə və özünün birbaşa nəzarətində olan, daha dəqiq desək özünün faktiki olaraq redaktorluğu ilə qərc olunan qəzetlərdə Azərbaycan Ordusunun son günlər Ermənistan ordusuna qarşı keçirdiyi cavab tədbirlərinə kölgə salmaq, haqlı olduğumuz yerdə bizi haqsız çıxarmaq, ölkə gəncləri arasında vətənpərvərlik ruhunun artmasından əndişələnmək və bu kimi anti-Azərbaycan mövqeli fikirlər səsləndirib, eyni zamanda məqalələr dərc edib. AXCP sədrinin bu addımı haqlı olaraq gənclər arasında geniş etiraza səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə