Sumqayıt şəhidi ilə vidalaşdı

Bu gün Sumqayıt şəhərində şəhid Axundov Əbdülməcid Nadirşah oğlunun dəfn mərasimi keçirilib. SIA-nın məlumatına görə, mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

Qeyd edək ki, Əbdülməcid Axundov 1993-cü ildə doğulub. Şəhid əsgərimiz 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı məktəbi bitirib. 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb.

Şəhidimiz alqışlarla son mənzilə tola salındı.

Bütün xəbərlər Facebook səhifəmizdə