Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin təxribatının qarşısını almaq və işğal olunmuş ərazilərimizi düşməndən azad etmək uğrunda separatçılarla mübarizəsi nəticəsində pərən-pərən olan düşmən ordusununun rəhbərliyi tamamilə başını itirib. SİA-nın məlumatına görə, bu, erməni media orqanlarının yazdıqları xəbərlərdə açıq-aşkar özünü büruzə verir. Atəşkəsin elan olunmasına baxmayaraq, ermənilər hələ də itkilərini müəyyənləşdirə bilmirlər. Xalqının qəzəbindən qorxan işğalçı ölkənin rəhbərliyi ölənlərin sayının dəfələrlə az olduğunu iddia edir.
Ermənistanın "Joxovurd" qəzeti yazır ki, son döyüşlərdən sonra 20-dən çox erməni hərbçisi itkin düşüb və onların taleyindən heç bir xəbər yoxdur. Qəzetdə yayımlanan xəbərdə bildilir ki, əsir düşənlərin olub-olmadığı, onların sayı haqqında ictimaiyyətə heç bir açıqlama verilmir.
Ermənistanın "Hüquqi özbaşınalığa qarşı" ictimai təşkilatının rəhbəri Larisa Alaverdyan deyib ki, əsirlərin sayı müəyənləşdirilib, ancaq işə başlamaq üçün lazımi şərait yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB