Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, rəsmi Ankara Azərbaycana olan təhlükəni şəxsən özü üçün təhlükə hesab edir. SİA xəbər verir ki, onun bu sitatını "Türkiye" qəzeti yayımlayıb. Ankara rəsmisinin sözlərinə görə, ATƏT-in Minsk qrupunda erməni lobbisi mövcuddur.
"Böyük təəssüf hissi ilə qeyd etmək istərdim ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olsa da, Rusiya kimi həmsədr ölkələr Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə rol almasına qarşı çıxırlar" -deyə, Davudoğlu bildirib.
Baş nazir hesab edir ki, ATƏT-in Minsk qrupuna daxil olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal olmalıdırlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB