Elxan Süleymanov: "İnformasiya mübarizəmizi gücləndirməliyik" AÇIQLAMA

"Biz təbliğat istiqamətində fəaliyyətimizi gücləndirməliyik". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elxan Süleymanov deyib.

O bildirib ki, Azərbaycana beynəlxalq aləmdə hələ də güclü təzyiqlər var: "Biz müdafiə olunmuşuq. Torpaqlarımızın azad olunması üçün təxribata cavab vermişik. Təəssüf ki, Azərbaycan mediasında gedən yanlış məlumatlar bizə qarşı anti-təbliğatı gücləndirir".

Millət vəkili qeyd edib ki, hərbi əməliyyatlar Azərbaycanın öz haqq yolundan dönməz olduğunu bir daha sübut etdi: "Azərbaycanın döyüşlərdə əldə etdiyi uğurlar danışıqlar prosesinə əlavə impuls verir. ATƏT-in Minsk qrupu yalançı vədlər verməklə məşğuldurlar. Bunu dünənki səfər zamanı da gördük. Dünya anladı ki, Azərbaycanın səbr kasası tükənib".

Hərbi əməliyyatların ardınca verilən bəyanatlardan yalnız İƏT və AŞPA PA-nın mövqeyinin ölkəmizin haqq mübarizəsinə dəstək olduğunu deyən Elxan Süleymanov hazırki vəziyyətdə ideoloji müharibəyə daha çox önəm verməli olduğumuzu bildirib: "Erməni mifi artıq məhv oldu. Biz informasiya mübarizəsini daha da gücləndirməliyik. Təəssüf ki, bu sahədə hələ də boşluqlar var".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...