Niderland Krallığında fəaliyyət göstərən"Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycanın cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrinin və mülki obyektlərin atəşə məruz qalması nəticəsində dinc insanların öldürülməsi Hollandiya azərbaycanlılarında ciddi narahatlıq doğurur.
"Ermənistanın törətdiyi təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin atdığı addımlar özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalisinin təhlükəsizliyinin təmin olunması məqsədini daşıyır. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir"- deyə bəyanatda bildirilir.
Həmçinin, bildirilir ki, dünya ictimaiyyəti Ermənistanın son təxribatçı fəaliyyətini qəti şəkildə pisləməli və Azərbaycan torpaqlarını tərk etməyi tələb etməlidir. Bəyanatda deyilir : "Dağlıq Qarabağ münaqişəsi dinc yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB