Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri - Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andriyo (Fransa) Bakıya gəlib. SİA-nın xəbərinə görə, onlarla birgə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də Bakıya gəlib.

Bu gün vasitəçilərin Azərbaycan rəsmiləri ilə görüşəcəyi və görüşlər zamanı son günlərdə təmas xəttində vəziyyətin gərginləşməsinin müzakirə ediləcəyi gözlənilir.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik vəziyyətin imkan verəcəyi ilk fürsətdə münaqişənin gərginlik müşahidə edilən zonasına səfər edəcək.

Xatırladaq ki, həmsədrlər aprelin 9-da Ermənistana gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə