Texas azərbaycanlıları adından Azərbaycana dəstək ifadə olunub

Texas azərbaycanlıları adından Azərbaycana dəstək ifadə olunub

Hyuston Bakı-Qardaşlaşmış Şəhərlər Assosiasiyası Texasda yaşayan və fəaliyyət göstərən Azərbaycan cəmiyyəti adından Texasın qanunverici orqanlarına və konqresmenlərə müraciət ünvanlayıb. SİA-nın məlumatına görə, məktubda aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq erməni hərbi qüvvələrinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində azərbaycanlıların yaşadığı kəndləri iri çaplı artilleriya mərmiləri ilə atəşə tutması faktı barədə məlumat verilib.

"Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) Ermənistan tərəfi hələ də riayət etmir. Biz Ermənistan dövlətini işğal olunmuş Azərbaycan ərazilərindən çıxmağa , tarixi binaları məhv etməməyə çağırırıq"- deyə müraciətdə deyilir.

Məktubda Texas azərbaycanlıları adından Azərbaycan xalqında dəstək ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə