Özbəkistanda yaşayan vətəndaşlarımızdan Azərbaycana dəstək

Özbəkistan Respublikasının Milli Mədəniyyət Mərkəzi Özbəkistanda yaşayan yaşayan azərbaycanlılar adından son günlər Dağlıq Qarabağdakı mövcud vəziyyətdən narahatlıqlarını bildirirək Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla təmas xəttində gərginliyi artıran təxribat xarakterli addımlarını pisləyən bəyanat yayıblar. SİA-nın məlumatına görə, bəyanatda deyilir: " Azərbaycan sülhsevər ölkədir. Azərbaycan torpaqlarının iyirmi faizinin iyirmi ildən çoxdur ki Ermənistan ordusu tərəfindən işğal olunmasına və bir milyondan çox dinc əhalinin doğma torpaqlarından qovulmasına baxmayaraq Azərbaycan hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olub.

Özbəkistandakı Azərbaycan diasporu bütün beynəlxalq qurumlardan doğma Vətənindən ayrı düşmüş məcburi köçkünlərin geri qaytarılması üçün Ermənistan rəhbərliyinə təzyiq etməyi tələb edib.

Sonda isə Özbəkistanda yaşayan azərbaycanlılar Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində şəhid olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Dünya birliyindən tələb olunub ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən birbaşa və qəti sanksiyalar tətbiq edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə