Vaqif Dərgahlı: “Hələ “Smerç” silahından istifadə edilməyib” MÜNASİBƏT

Vaqif Dərgahlı: “Hələ “Smerç” silahından istifadə edilməyib” MÜNASİBƏT

Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağ istiqamətində "Smerç" reaktiv yaylım atəş sistemindən istifadə edilməsi ilə bağlı erməni tərəfinin yaydığı məlumatlara münasibət bildirib.

SİA-nın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında "Smerç" sistemi var, lakin hələlik ondan istifadə edilməyib.

Xatırladaq ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun onlara qarşı "Smerç" silahından istifadə etməsi barədə məlumat yaymışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə