Diaspor təşkilatları Ermənistanın təcavüzkar siyasətini pisləyir

Diaspor təşkilatları Ermənistanın təcavüzkar siyasətini pisləyir

Nyu York Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Nyu York Azərbaycan Evi Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda ermənilərin uzun illərdir azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti pislənilib və bildirilib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır

Bəyanatda həmçinin, Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində mütəmadi atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan vurulduğu da diqqətə çatdırılıb. O cümlədən, Ermənistanın Azərbaycan ərazilərində tarixən törətdiyi soyqırımlar və təcavüzkarlıq aktları haqqında da məlumat verilib.

Bəyanatda BMT-nin işğalçı Ermənistanla bağlı qəbul etdiyi 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyi, işğalçı dövlətin beynəlxalq ictimaiyyət tərəfindən qınağa çəkilmədiyi vurğulanıb.Həmçinin, Nyu York azərbaycanlıları adından Azərbaycan xalqına dəstək ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə