Səxavət Əlisoy: “Bunların hər biri boş şayiələrdən başqa bir şey deyil” AÇIQLAMA

"Mən nə Qərbin, nə də Şərqin Azərbaycanda yeni ana müxalifət formalaşdırmasına inanmıram". Bunu SİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy deyib.

Onun sözlərinə görə, müxalifət Azərbaycanda ölkə xalqının içərisindən formalaşır: "Kiminsə Qərbin və ya Şərqin təsiri altına düşməsinin Azərbaycan dövləti, dövlətçiliyi üçün heç bir faydası yoxdur. Bu baxımdan mən o məsələlərə ciddi yanaşmıram. Düşünürəm ki, bunların hər biri boş şayələrdən başqa bir şey deyil".

ADR üzvü Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa verənlərin azad Azərbaycan naminə partiya yaratmasına da münasibət bildirərək deyib ki, Azərbaycanda demokratiya oturuşduqca bu tipli partiyalar da ortaya çıxacaq: "İndiyədək Azərbaycan siyasi həyatını monopoliyaya götürmüş bəzi partiyalardan qopmuş insanlar azad fikir, plüralizm naminə müxtəlif qruplaşmalar yaratmağa meylli olacaqlar. Bu proses, tendensiya bir müddət davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə