Azərbaycan və Türkiyənin müdafiə nazirləri bir araya gəldi

Azərbaycan və Türkiyənin müdafiə nazirləri bir araya gəldi

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar ilə işğal olunmuş ərazilərimizdə baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefonda müzakirə ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulayıb və ölkəmizə dəstək olduğunu qətiyyətlə ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə