Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini tərəfləri atəşkəsin pozulması halını dərhal dayandırmağa çağırıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, Moqerini Dağlıq Qarabağdakı vəziyyətə görə narahatlıq keçirdiyini deyib.
O tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa səsləyib: "Tərəflər təmkinli olmalı və gərginliyə səbəb ola biləcək addım və bəyanatlardan yayınmalıdırlar".
O bildirib ki, Avropa İttifaqı insanların, xüsusilə də dinc sakinlərin itkisindən təəssüflənir: "Aİ ATƏT-in Minsk qrupu və üç həmsədrin səylərini tam olaraq dəstəkləyir. Biz hər iki tərəfin atəşkəsə ciddi əməl edəcəyini, güc tətbiqindən çəkinəcəyini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün səylərini bərpa edəcəyini gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB