ABŞ prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi sammiti çərçivəsində P5+1 ölkələrinin liderləri ilə görüşüb. SİA xəbər verir ki, Obama BMT-nin daimi üzvləri və Almaniyanın iştirak etdiyi görüşdə İranla nüvə razılaşmasını müzakirə edib.
Toplantı Vaşinqton Konqresində səhər saatlarında baş tutub.
Toplantıda Çin prezidenti Si Szinpin, İngiltərənin baş naziri Devid Kemeron, Fransa prezidenti Fransua Olland, Avropa Birliyi Şurasının sədri Donald Task, Almaniyanın müdafiə naziri Ursula Von Der Leyen, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB