Siyavuş Novruzov: "Prezident İlham Əliyevin ABŞ səfəri yeni mərhələnin başlanğıcıdır"

"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obamanın dəvəti ilə IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməsi və ABŞ-da keçirdiyi ikitərəfli görüşlər iki ölkə arasında yeni mərhələnin başlanğıcıdır". Bunu trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Prezident İlham Əliyev ilə ABŞ dövlət katibi arasında ikitərəfli görüş xüsusi qeyd edilməlidir.

Siyavuş Novruzov əlavə edib ki, Prezident İlham Əliyevin bu səfəri çox uğurlu səfərlərdən biridir: "Bu səfər ABŞ ilə Azərbaycan arasında əməkdaşlıqda yeni bir mərhələnin başlanğıcıdır və bu mərhələ çox uğurla davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə