Tamerlan Vahabov: “Con Kerrinin söylədiklərini ciddi qəbul etmək lazımdır” AÇIQLAMA

"ABŞ Dövlət katibi Con Kerrinin ABŞ-ın Dağlıq Qarabağ probleminin nəhayət öz həllini tapdığını görmək istədiyini bildirməsini ciddi qəbul etmək lazımdır". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Onun sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazda da böyük maraqları var: "Bununla belə, Amerikanın Azərbaycanla uzunmüddətdir ki, əməkdaşlığı var. Beləcə rəsmi Vaşinqton Azərbaycanı stabil ölkə kimi görür. Həmçinin ABŞ-la neft, mədəniyyət sahəsində əməkdaşlıq edirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması isə bu ikitərəfli münasibətlərə, ümumiyyətlə regionda təhlükəsizlik kontekstinin dəyişməsinə böyük töhfəsi var. Təbiidir ki, Con Kerri də bu fikirləri söyləyib. Bu normal bir gözləntidir. Amma bu işdə əməli, konkret addımlar haqqında hansısa proqnoz vermək çətindir.

Təəssüflər olsun ki, 1994-cü ildən bəri Qarabağ məsələsinin həll olunması istiqamətində heç bir irəliləyiş olmayıb. Ona görə də gözləntini ciddi qəbul etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə