Akif Nağı: “Rusiya regiondakı proseslərə müdaxilə etmək istəyir” AÇIQLAMA
"Aprel ayının 7-də Azərbaycan-Rusiya-İran xarici işlər nazirləri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Biz hər zaman bu kimi görüşlərdə Qarabağ maraqlarından çıxış edirik. İstəmişik ki, Azərbaycan-Türkiyə-İran arasında da daimi belə formatda görüşlər olsun. Təbii ki, bu istiqamətdə də müəyyən işlər var. Çünki bu yeni bir formatdır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, Rusiya regionda gedən proseslərə ciddi müdaxilə etmək istəyir: "Rusiya XİN rəhbərinin sözçüsü, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri də rəsmi Moskvanın mövqeyi ilə bağlı son günlərdə bir sıra maraqlı, birmənalı qarşılanmayan açıqlamalar verib. Birmənalı odur ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı marağının bir qədər artdığı görünür. Bunun ABŞ-ın fəallaşması ilə bağlı olub-olmaması müəmmalıdır.
Bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammmitində iştirak etmək üçün Vaşinqtonda səfərdə oldu. Təbii ki, orada Qarabağ məsələsi müzakirə olundu. Ona görə də Rusiya narahatdır və İranı da bu prosesə cəlb edir. Həmçinin burada enerji daşıyıcıları, regiondakı mövqe ilə bağlı maraqlarda var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB