Üzeyir Cəfərov: “Ermənistan gec-tez layiq olduğu cəzanı alacaq” AÇIQLAMA

Üzeyir Cəfərov: “Ermənistan gec-tez layiq olduğu cəzanı alacaq” AÇIQLAMA

"Çox təəssüf ki, özlərini sivil dünyanın ayrılmaz hissəsi sayan dövlətlər nədənsə Ermənistanın beynəlxalq hüquq və normalarına əhəmiyyət verməməsinə göz yumurlar". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, illərlə də Ermənistanınm təxribatçı əməlləri davam edir: "Hətta mən rəsmi İrəvanla bir təşkilatda olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətləri də başa düşə bilmirəm. Anlaya bilmirəm ki, nədən onlar beynəlxalq hüquq və normalarını əsas götürərək Ermənistanı dostyana, həmkaryana başa salmırlar ki, öz işğalçılıq siyasətindən əl çəksin.Ümumiyyətlə son vaxtlar bu açıq şəkildə özünün büruzə verir. Hətta görürük ki, düşmən cəbhədə təxribatların sayını get-gedə daha da artırır".

Ekspert əlavə edib ki, bir sıra ölkələr Ermənistanın bu hərəkətlərinə göz yummaqla onu bir qədər də həvəsləndirir: "Azərbaycan Silahlı Qüvvələri isə hər zaman onları həm maddi, həm də mənəvi cəhətdən sıradan çıxarır. Təbii ki, bu da normal bir şeydir. Amma Ermənistan da anlamaq istəmir ki, gec-tez layiq olduğu cəzanı alacaq. Bu gün onun hərəkətlərinə göz yuman dövlətlər sabah ona heç bir halda kömək edə bilməyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə