"1990-ci ildə Azərbaycanda baş verən 20 Yanvar hadisələrinin səbəbkarlarından olan Mixail Qorbaçovla bağlı Rusiya Dövlət Dumasına qətnamənin təqdim edilməsi prinsip etibarı ilə normal hadisədir. Lakin onun məhz Vladimir Jirinovski tərəfindən təqdim edilməsini kifayət qədər ciddi təhlil etmək lazımdır". Bunu SİA-ya açıqlamasında siyasi-ekspert Elçin Mirzəbəyli deyib.
Ekspertin qənaətinə görə, Jirinovskinin təqdim etdiyi qətnamə 20 Yanvar hadisələri ilə deyil, daha çox Jirinovski kimi düşünən insanlarla bağlıdır: "Jirinovski fərqli baxışlara malikdir. O, Qorbaçovun fəaliyyətini, 20 Yanvar və digər bu kimi hadisələri SSRİ-nin çökməsinə səbəb olan hadisə kimi qiymətləndirir. SSRİ-nin və bu imperiyanın qorunmasının tərəfdarı olduğu üçün Jirinovskinin Qorbaçova qarşı qaldırdığı ittihamlar da məhz bu düşüncələrdən qaynaqlanır. Bu məsələnin siyasi müstəvidə Rusiyanın Dövlət Dumasına çıxarılması ilə hüququ nəticələr əldə etmək mümkün deyil. Çünki, parlament cinayətkarı müəyyənləşdirən orqan deyil. Bu baxımdan düşünürəm ki, Rusiya Dövlət Dumasında hər hansı qərar qəbul edilsə, bu, heç nəyi dəyişməyəcək və yalnız siyasi qərar olaraq qalacaq".
E. Mirzəbəyli söyləyib ki, məsələ ilə hüquq mühafizə orqanları məşğul olmalıdır: "Azərbaycan xalqı bilir ki, 20 Yanvar qətliamının törədilməsi bilavasitə Qorbaçovun əmri ilə baş verib. O cinayətkardır və cəzasını da almalıdır. Rusiya SSRİ-nin valisi kimi bu məsələyə müdaxilə edib, Qorbaçovu cəzalandıra bilər. Lakin məsələyə dövlətlərarası münasibətlər kontekstindən yanaşsaq, Haaqa Məhkəməsi beynəlxalq tribunada 20 Yanvar hadisələri ilə bağlı xüsusi qrup yarada bilər. Bununla da Qorbaçov, hadisənin törədilməsində günahkar olan və hazırda yaşayan cinayətkarlar məsuliyyətə cəlb oluna bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB