"Türk Hava Yolları" (THY) aviaşirkətinə məxsus, İstanbul-Brüssel istiqamətində hərəkət edən təyyarə Belçika paytaxtında baş verən partlayışlarla əlaqədar əvvəlcə Belçikanın Liege şəhərinə istiqamətləndirilib. Lakin daha sonra təyyarə Niderlandın Amsterdam şəhərindəki hava limanına doğru hərəkət edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə vaxtı ilə saat 08.24-də havaya qalxan təyyarə Brüsseldəki hava limanında iki partlayışın baş verməsi ilə əlaqədar istiqamətini dəyişib. Partlayış baş verən zaman THY-nin daha bir təyyarəsinin sərnişinləri göyərtəni tərk edirmiş.
"Türk Hava Yolları" Brüsselə nəzərdə tutulan bütün səfərlərini müvəqqəti ləğv edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB