Rusiya Prezidenti Vladimir Putin Krımın Tuzla adasına səfər edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı Kerç boğazından nəqliyyat keçidinin tikinti meydançasına baş çəkib.
Səfərin əvvəlində V.Putin adaya və tikinti meydançasına vertolyot vasitəsilə baxış keçirib.
Səfər planına əsasən, Rusiya Prezidenti Krımda regionun inkişaf məsələlərinə dair iclas keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB