Səfir Bərdə və Tərtər rayonlarına gedib

Səfir Bərdə və Tərtər rayonlarına gedib

Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen və səfirliyin birinci katibi Marko F. Soldiç Bərdə və Tərtər rayonlarına səfər edib. SİA-nın məlumatına görə, səfər zamanı onlar Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev və Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

Hər iki görüşdə Norveç və Azərbaycan arasındakı ikitərəfli əlaqələr müzakirə mövzusu olub. Geri qayıdarkən səfir Bord İvar Svendsen və səfirliyin əməkdaşları Ağsu rayonunun Gəgəli kəndində keçirilən İkinci Beynəlxalq Tərəkəmə Folklor Festivalına da qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə