Vüqar Zifəroğlu: "Prezidentin bu jesti qardaşlığın bariz nümunəsidir"
"Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının Bakı əvəzinə Ankarada keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidenti tərəfindən irəli sürülməsi faktiki olaraq, Azərbaycanın qardaşlıq, həmrəylik addımı ataraq, istənilən halda Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirməsi deməkdir". Bunu SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu deyib.
O xatırladıb ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı. Vurğulayıb ki, növbəti dəfə səfər ərəfəsində yenidən terror aktının törədilməsi Prezidentlərin görüşünə mane ola bilməyib: "Dövlət başçımız İlham Əliyevin Türkiyəyə səfəri Azərbaycanın, Prezidentimizin bu ölkə ilə həmrəy olduğunu açıq şəkildə göstərən bir jestdir. Prezidentimizin bu jesti bir daha Türkiyə və Azərbaycanın nə qədər bir-birinə yaxın və qardaş ölkə olduğunun bariz nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB