Prezidentlər terrora qarşı mübarizədən danışdılar

Prezidentlər terrora qarşı mübarizədən danışdılar

Bu gün Azərbaycan və Türkiyə prezidentləri terrora qarşı mübarizə məsələsini müzakirə ediblər. SİA-nın Türkiyənin "Habertürk"ə istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ankarada baş tutan görüşdən sonra mətbuat konfransı keçiriblər.

Türkiyə prezidenti R.T.Ərdoğan Azərbaycan prezidenti ilə bir sıra mühüm məsələlərin ciddi nəzərdən keçirildiyini bildirib: "Azərbaycanın uğurları bu bizi də, Türkiyədə hər kəsi də ürəkdən sevindirir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu uğurlara qardaşım İlham Əliyev qətiyyətlə sahib çıxıb və çıxmaqdadır. Bu gün hörmətli İlham Əliyevlə görüşümüzdə, o cümlədən iki ölkənin nümayəndə heyəti arasında keçirilən görüşdə ikitərəfli əlaqələrə dair mühüm məsələlərə baxıldı, əməkdaşlığın inkişafı üçün imkanlar dəyərləndirildi. Bir çox məsələləri, o cümlədən terrora qarşı mübarizə məsələlərini müzakirə etdik. Eyni zamanda, TANAP layihəsinin, Bakı-Tiflis-Qars dəmiryol xəttinin tikintisi və digər məsələlər ətraflı müzakirə olundu".

Ərdoğan belə bir vaxtda Türkiyəyə gəldiyi üçün cənab İlham Əliyevə özünün və Türkiyə xalqının adından təşəkkür edib: "İnşallah, bu il bir sıra tədbirlərdə yenidən birlikdə olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə