"Türkiyənin paytaxtı Ankarada son zamanlar baş verən terror hadisələrinin məhz ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində baş verməsi heç də təsadüfi deyil". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputatın sözlərinə görə, bunun özü bir daha göstərir ki, hədəfdə tək Türkiyə yox, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğudur: "Görünən odur ki, müəyyən dairələr iki ölkənin dostluğundan çox narahatdır. Bununla belə, Prezident ilham Əliyev bu görüşün təxirə salınmaması üçün özünün Türkiyəyə səfər etməsini təklif etməsi çox müsbət qarşılandı, qardaş ölkənin aparıcı mətbuat orqanlarında geniş işıqlandırıldı. Bütün dünya Türkiyənin dərdinin Azərbaycanın dərdi, onların uğurunun da uğurumuz olduğunu bilməlidir. Heç kim unutmamalıdır ki, Azərbaycan hər zaman Türkiyənin yanında olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB