"Terrorla mübarizə mütləq müvəffəqiyyətlə nəticələnəcək, terror dizə yetiriləcək". SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Ərdoğan ötən gün Ankaranın Kızılay meydanında terror aktının törədilməsi nəticəsində 34 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələn terror hadisəsini şiddətlə lənətləyərək bu hücumda həyatını itirən vətəndaşlara Allahdan rəhmət , ailələrinə və yaxınlarına başsağlığı, yaralılara isə təcili şəfa diləyib: "Türkiyə son illərdə bölgədə yaşayan qeyri-sabitlik nəticəsində terror hücumlarına məruz qalıb. Çox təəssüf ki, terror təşkilatları və onlara maşa olanlar əxlaqsız, vicdansız yollara əl ataraq günahsız vətəndaşlarımızı hədəfə alırlar. Onlar ölkəmizin bütövlüyünə, xalqımızın birlik və bərabərliyinə zərər yetirə bilməyəcəklər".
O əlavə edib ki, Türkiyə dövləti hər cür terror təhdidi qarşısında qanuni müdafiə haqqından əsla imtina etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB