Novruz Məmmədov: "Dağlıq Qarabağla bağlı heç kim hüquq sözü işlətmək istəmir"

Novruz Məmmədov: "Dağlıq Qarabağla bağlı heç kim hüquq sözü işlətmək istəmir"

"Mən bütün bu proseslərə fərqli mövqedən yanaşacağam. Burada səslənən bütün nitqlərə böyük əhəmiyyət verirəm. Bu sessiyadan öncə gənclər öz dəyərli fikirlərini bildirdilər. Azərbaycan Prezidenti İlham Əliyev də ölkəmizin 25 ildə keçdiyi yol haqqında ötən gün ətraflı məlumat verdi. Amma mən deyə bilmərəm ki, dünya bu 25 il ərzində yaxşı dünya olub". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov lV Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

PA rəsmisi deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu Forumun gündəliyinə salınmadı: "Ədalətli yanaşmanı ortaya qoyaraq bu münaqişə həll olunsa idi, indi dünyada müharibələr olmazdı. Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Dünya heç bundan danışmaq istəmir. Belə olan balda ədalətli cəmiyyət qura bilərik? Dağlıq Qarabağla bağlı heç kəs beynəlxalq hüquq sözü işlətmək istəmir. ATƏT-in Minsk qrupu məsələyə öz töhfəsini vermir. Bu gün də təəssüflər olsun ki, məsələlərə belə yanaşma görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə