"Səfərin məqsədi Rusiyanın hərbi sənaye kompleksinin rəhbərlərinin Azərbaycana gəlişi, ümumiyyətlə, regionda baş verən proseslər, Azərbaycanda "Cənub Qaz Dəhlizi" ilə bağlı keçirilən müzakirələr və s. ilə bağlıdır". Bunu SİA-ya politoloq Arzu Nağıyev Ermənistan prezidenti Serj Sarksiyanın Rusiyaya səfərinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, bunların hamısı Azərbaycanın regionda müəyyən bir addım atacağı qorxusudur: "Forpost ölkə olduğuna görə Ermənistan prezidenti Rusiyaya həm təlimat almağa, həm də gələcək addımlarını müəyyənləşdirmək üçün gedib. Azərbaycanın bugünkü nüfuzuna görə Sarkisyan bu addımı atıb. Bu görüş zamanı Dağlıq Qarabağ məsələsinin həllinin müzakirə mövzusu ola biləcəyi də inandırıcı görünmür. Amma ola bilsin ki, Rusiya hansısa addımlar atmağı təklif edər. Lakin düşünürəm ki, əsas məsələ Azərbaycanın bügünkü durumu olacaq".
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Ermənistan hakimiyyətinə müəyyən təlimatlar verə bilər: "Ancaq inanmıram ki, Sarkisyan Rusiyaya səfər edib Dağlıq Qarabağ münaqişəsini həll edə bilər. Çünki Sarkisyan Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etsə, gərək özü dövlət başçısı olmaqdan imtina etsin. Sarkisyan və digərləri qanla hakimiyyətə gəliblər və əksəriyyəti də keçmiş səhra komandirləridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB