Avropa Parlamentindən yeni qanun
Putin üçün yeni qadağa

Avropa Parlamentinin üzvləri Rusiya prezidenti Vladimir Putin də başda olmaqla 29 nəfərin Avropa İttifaqı ölkələrinə səyahət etməsini qadağan edən qanunun təsdiq edilməsini tələb ediblər. SİA xəbər verir ki, qanuna əsasən, Vladimir Putin və digər şəxslərin Avropa İttifaqı ölkələrinə keçid etməsi qadağan edilə bilər.

Bu təklif ukraynalı qadın pilot və millət vəkili Nadejda Savçenkonun Rusiya tərəfindən həbs edilməsi ilə bağlı irəli sürülüb.

Avropa Liberallar və Demokratlar İttifaqının çağırışı əsasında qanunun qəbul edilməsinə parlament üzvü olan 57 nəfər dəstək verib.

Bütün xəbərlər Facebook səhifəmizdə