Dövlət başçısı sabiq prezident və Baş naziri qəbul edib

Dövlət başçısı sabiq prezident və Baş naziri qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi məmnunluqla qeyd edildi, Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı, ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Barakı qəbul edib. Görüşdə IV Qlobal Bakı Forumunun artıq böyük bir beynəlxalq tədbirə çevrildiyi vurğulandı. Forumun gündəliyində bir çox vacib məsələlərin yer aldığı qeyd olundu. Bakı Forumunun dünyada gedən prosesləri müzakirə etmək üçün yaxşı imkan yaratdığı bildirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə