Penitensiar xidmətin qadın əməkdaşları təbrik edilib FOTOLAR

Penitensiar xidmətin qadın əməkdaşları təbrik edilib FOTOLAR

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə toplantı təşkil olunub. SİA-nın məlumatına görə, Penitensiar xidmətin rəhbərliyi Beynəlxalq Qadınlar Günü münasibətilə qadın əməkdaşları təbrik edərək, onlara möhkəm cansağlığı, ailə səadəti və xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir zamanı Azərbaycan qadınının cəmiyyətdə böyük rol oynadığı, dövlət idarəçiliyində, mədəniyyət, elm, təhsil, səhiyyə və digər mühüm sahələrdə layiqincə təmsil olunduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə