“Avropa İttifaqı Dağlıq Qarabağ konfliktinin tez zamanda həllində maraqlıdır” AÇIQLAMA
"Avropa İttifaqı və ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını istəyir". Bunu SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Cəbrail Fərzəliyev deyib.
O bildirib ki, ölkəmiz üçün əsas məsələ münaqişənin hansı şərtlər daxilində həllini tapa bilməsidir: "Onlar hansı şərtlər daxilində olur-olsun regionda sabitliyin mövcudluğunu, dayanıqlı inkişafı dəstəkləyəcəklər. Avropa İttifaqı və ABŞ təkcə deklorativ bəyanatlarla çıxış etməməli, münaqişənin həll olunması üçün öz prinsipial, qəti mövqelərini ortaya qoymalıdırlar. Məlum olduğu kimi Azərbaycan Avropa İttifaqına strateji əməkdaşlıq haqqında layihə təqdim edib və hesab edirəm ki, Azərbaycan üçün bu layihədə əsas məsələ ərazi bütövlüyü ilə bağlıdır. Təbii ki, Azərbaycan həmin sənəddə ölkəmizin ərazi bütövlüyünə konkret dəstək nümayiş olunmasını, işğal altında olan torpaqlarımızın azad olunmasının zəruriliyinin ifadə olunmasını istəyir".
"Bir neçə gün öncə Bakıda səfərdə olan Avropa İttifaqının vitse-prezidenti Federika Mogerni qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü və suverənliyini dəstəkləyir. Avropa İttifaqı və ona üzv olan dövlətlər Dağlıq Qarabağın müstəqilliyini qəbul etmir. Bütün bu fikirlər bizə onu deməyə əsas verir ki, Avropa İttifaqı Dağlıq Qarabağ konflikinin tez bir zamanda həllinə maraqlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB