“Rusiyanın sanksiyalara tab gətirməsində Azərbaycan yaxından dəstək olub” AÇIQLAMA
"Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafı xüsusi dinamikliyi ilə seçilir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Politoloq bildirib ki, Prezident cənab İlham Əliyevin olduqca uğurlu İran səfərindən sonra regionda cərəyan edən müxtəlif xarakterli proseslərdə Azərbaycanın təsir imkanlarının artması gözləniləndir: "İran prezidenti Həsən Ruhani həm iki ölkə arasında, həm də İran-Azərbaycan-Rusiya formatında əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini dilə gətirib. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran səfərindən sonra Rusiya Federasiyasının Prezidenti V. Putinlə iki dəfə telefon əlaqəsi baş tutub. Bu da ondan xəbər verir ki, qeyd etdiyimiz formatda əməkdaşlıq tərəflərin maraqlarına cavab verir. Ümumiyyətlə, həm Azərbaycan Respublikasının başçısı, həm də Rusiya dövlət başçısı iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu dəfələrlə vurğulayıblar".
"Hesab edirəm ki, Rusiya baş nazirinin müavinin Azərbaycana səfəri zamanı tərəflər üçün strateji əhəmiyyət kəsb edən bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. D. Roqozin özünün tvitter blokunda səfəri zamanı hərbi-texniki əməkdaşlıq sahəsində müzakirələrin də aparıldığını qeyd edib. Bu ondan xəbər verir ki, Rusiya hərbi-texniki sahədə təkcə Ermənistanla deyil, həm də Azərbaycanla sx əməkdaşlığın edilməsində maraqlıdır. D.Roqozin Azərbaycanın Rusiya üçün əhəmiyyətli tərəfdaş olduğunu bildirir. Əvvəlki illərdə də o, Azərbaycanın Rusiya üçün strateji əhəmiyyət kəsb etməsi haqqında fikirlər səsləndirib. Belə ki, D.Roqozin Rusiyanın sanksiyalara tab gətirməsində, Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanının yaxından dəstək olduğunu qeyd edib. Bu baxımdan, hesab edirəm ki, səfər həm Azərbaycanın , həm Rusiyanın maraqlarına cavab verir və tərəflər arasındakı əməkdaşlığa müsbət təsirini göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB