AŞPA sədri: "Dağlıq Qarabağ və digər ərazilərin işğalı ilə bağlı problemin həlli vacibdir"

AŞPA sədri: "Dağlıq Qarabağ və digər ərazilərin işğalı ilə bağlı problemin həlli vacibdir"

"Hesab edirəm ki, Azərbaycan Avropa və Avropa Şurası ilə əlaqələrini yaxşılaşdıra biləcəyi dönüş mərhələsindədir". SİA xəbər verir ki, bunu AŞPA prezidenti Pedro Aqramunt Azərbaycana iki günlük rəsmi səfərinin yekunları əsasında deyib.

AŞPA prezidenti səfər zamanı Azərbaycan Prezidenti, Milli Məclisin spikeri və xarici işlər naziri ilə görüşdüyünü qeyd edib.

O qeyd edib ki, yüksək çinli məmurlarla hüququn aliliyi və insan hüquqları məsələlərində səmimi və açıq müzakirələrə heyran qaldım: " Birbaşa ölkə rəhbərliyiylə QHT-lərə dair qanunvericiliyə edilmiş son dəyişikliklər baxımından vətəndaş cəmiyyətlərinin nümayəndələrinin qarşılaşdıqları problemlər, son parlament seçkiləri ilə bağlı məsələləri, Avropa Şurasının Venesiya Komissiyası ilə daha fəal əməkdaşlıq məsələsini müzakirə etdik".

AŞPA prezidenti səfər zamanı, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrasının müzakirə olduğunu qeyd edib:"Bu baxımdan məni əmin etdilər ki, Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Konvensiyanın səmərəli həyata keçirilməsi üzrə 52-ci maddəsi çərçivəsində Avropa Şurasının baş katibi ilə əməkdaşlıq edəcək və baş katibin nümayəndələrinin Azərbaycana səfərinin vaxtı təyin ediləcək. Bu, yaxşı başlanğıc nöqtəsidir və ümid edirəm ki, bunun sayəsində bu dosye üzrə tez bir zamanda irəliləyişə nail olarıq".

O həmçinin qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ regionunda baş verən münaqişənin nəticələri ilə üzləşməkdə davam etməkdədir: "Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı ilə bağlı problemin həll edilməsi vacibdir. Bu münaqişə Azərbaycan və Ermənistanda qeyri-stabilliyə yol açmaqla yanaşı, həm də bu ölkələrin demokratiya, insan haqları və qanunun aliliyi sahələrində inkişaf etməsinə mənfi təsir göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə