Federika Moqerini Azərbaycandan sonra Ermənistanda

Federika Moqerini Azərbaycandan sonra Ermənistanda

Avropa İttifaqının xarici işlər və təhlüksizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Federika Mogerini bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə dair bəyanatlar sülh prosesinə zərbə vurur və staus-kvonun uzanmasına səbəb olur.

Ali nümayəndə münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupunun səylərinə Avropa İttifaqının dəstək verdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə