Hərbi ekspert: “Münasibətlər artan xətt üzrə davam edir" AÇIQLAMA
"NATO qüvvələri və Avropada ABŞ qoşunlarının komandanı general Philip M. Breedlovenin Rusiya hərbiyyəsi ilə bağlı açıqlamasına yəqin ki, yaxın saatlarda qarşı tərəfdən sərt təpki veriləcəyinə tam əminəm. Nəzərə alsaq ki, son vaxtlar NATO ilə Rusiya arasında çox ciddi münasibətləri biz görürük, onda bu gərgin məqamda alyansın kifayət qədər səlahiyyətli şəxsinin Rusiyanın ehtiyac yaranacağı təqdirdə vurulacağı haqqında səsləndirdiyi fikirlər hətta ola bilsin ki, rəsmi Moskva tərəfindən isterika ilə də müşayət olunsun". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərin görə, onsuzda NATO üzvü olan Türkiyə ilə ötən ilin məlum təyyarə olayı ilə bağlı gərginləşməkdə davam edən münasibətlər artan xətt üzrə davam edir: "Belə gedişlə, hətta realda tərəflərin güc amilindən yararlanacağını da istisna etmək olmaz. Bir sözlə, bizim illərlədir NATO ilə RF arasında müşahidə etmədiyimiz təhdid və təhlükə dolu sözlər və ifadələr artıq səsləndirilir və bu da çox narahatedicidir. Arzu edək ki, tezliklə tərəflər özlərində cəsarət tapıb belə açıq hədələrdən bir qədərə çəkinəcəklər. Təəssüf ki, hadisələrin inkişafı münasibətlərin bundan sonra da daha çox pis məcrada olacağından xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB