Politoloq: “NATO işin içindədir” AÇIQLAMA

Politoloq: “NATO işin içindədir” AÇIQLAMA

"Lüksemburqun xarici işlər naziri Jan Asselbornun NATO-nun Rusiya və Türkiyə arasında baş verəcək hər hansı hərbi münaqişədə iştirak etməyəcəyi haqda fikirləri ciddiyyət təşkil etmir. NATO-nun üzvü olsa da, onun alyans adından danışmağı heç bir əhəmiyyət kəsb etmir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, NATO-nun adından alyansın baş katibi danışa bilər: "NATO-nun baş katibinin söylədiklərini ciddi qəbul etmək olar. Lüksemburq kimi kiçik bir ölkənin xarici işlər nazirinin söylədiyi fikir elə bir ciddi nüans kimi götürülə bilməz. Bölgədə hadisələr çox sürətlə dəyişir. Məsələn, bir neçə gün əvvəl Rusiya ilə Amerika atəşkəs sazişi imzaladı, amma indi Müsəlman İttifaqı yarandı və hərbi təlimlərə başladı. Yəni, NATO bu işin içindədir. O, heç zaman kənarda olmayıb. NATO-nun nizamnaməsi var və Türkiyə alyansın üzvlüyündən çıxarılmayınca, o nizamnamə gücdə qalacaq. Heç kəs də Türkiyəni üzvlükdən çıxara bilməz. Elə bir mexanizm yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə