Tural Abbaslı: “İsa bəyin Müsavata təsiri Arif Hacılıdan daha çoxdur” AÇIQLAMA

Tural Abbaslı: “İsa bəyin Müsavata təsiri Arif Hacılıdan daha çoxdur” AÇIQLAMA

"İsa Qəmbərin başqanlıqdan getməsi siyasətdən də gedəcəyi anlamına gəlmir". Bu fikirləri SİA-ya açıqlamasında Müsavatın keçmiş Divan üzvü, "Ağ Blok"un təsisçisi Tural Abbaslı deyib.

O bildirib ki, İsa bəy siyasətdən getdiyini heç zaman bəyan etməyib: "Onun başqanlıqdan getməsi nizamnamə tələbi idi. Mən düşünmürəm ki, burada nəsə qeyri-adi bir şey var. İsa bəy başqanlıqdan de-yure çəkilib, əslində isə onun partiyaya təsiri hazırda Arif Hacılıdan daha çoxdur. Yəni, buna getmək demək olmaz".

"Ağ Blok"un partiyaya çevrilməsi məsələsindən də danışan Tural Abbalı qeyd edib ki, bu məsələ ilə bağlı işlər davam edir: "İlkin mərhələyə rayonlarda konfransların keçirilməsindən daha çox Bakı və Bakı ətrafı regionlarla iş daxildir. May ayında böyük və möhtəşəm Qurultay keçirməyə çalışırıq. Artıq Qurtultaydan sonra partiya daxili təşkilatlanma daha güclü və əhatəli gedəcək.Yəni, partiyanın qutultayı ilə iş bitmiş hesab olunmur. Əsas işlər elə Qurultaydan sonra başlayacaq. Buraya regionlarda partiyanın şöbələrinin yaradılması da daxildir".

Bütün xəbərlər Facebook səhifəmizdə