Avropa Parlamentinin deputatı ilə görüş olub

Avropa Parlamentinin deputatı ilə görüş olub

Brüsseldə Avropa Parlamentinin binasında "Azərbaycan naminə" Cəmiyyətinin sədri Nadir Hollenbrandla Avropa Parlamentinin isveçli nümayəndəsi Niklas Laindström arasında Xocalı soyqırımı ilə bağlı görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Nadir Hollenbrand isveçli deputata Xocalı soyqırımı barədə məlumat verib, ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdikləri amansız qətliamın nəticələrindən bəhs edib.

Daha sonra Avropa Parlamentində təmsil olunan 6 isveçli deputata Xocalı soyqırımından bəhs edən kitabı və soyqırım qətnaməsinin ingilis dilində olan versiyasını təqdim edib. N. Hollenbrand isveçli parlament üzvlərindən 1992-ci ilin 26 fevralında baş vermiş bu hadisələrə obyektiv və dürüst yanaşmalarını xahiş edib. Həmçinin, fevralın 26-da Brüsseldə Xocalı soqırımı ilə bağlı keçirilən mitinqin qətnaməsinin sürətini Avropa Parlamentinin dəftərxanasına təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə