Prezident İlham Əliyev "Xocalı" abidəsini ziyarət edib

Prezident İlham Əliyev "Xocalı" abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı" abidəsini ziyarət edib. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev faciə qurbanlarının xatirəsini ehtiramla anıb, abidənin önünə əklil qoyub.

Mərasimdə hökumət və dövlət rəsmiləri, Milli Məclisin deputatları, komitə rəhbərləri, həmçinin Xocalı sakinləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə