Rusiya Ermənistana silahı balansı qoruyaraq satır Rəsmi

Rusiya Ermənistana silahı balansı qoruyaraq satır Rəsmi

Rusiyanın Xarici İşlər Nazirliyi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya tərəfdən həm Ermənistana, həm də dost Azərbaycana istənilən silah tədarükü regionda qüvvələr balansını nəzərə almaqla həyata keçirilir. SİA-nın məlumatına görə, Zaxarova bu gün keçirilən brifinq zamanı Rusiyanın Ermənistanla müttəfiq münasibətlərə malik olduğunu deyib və həmçinin bu ölkə ilə hərbi-texniki əməkdaşlığın da inkişaf etdirildiyini bildirib.

O bu faktın Azərbaycanda anlayışla qəbul ediləcəyinə ümidvar olduğunu bildirib: "Rusiya silah tədarükü məsələsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl edir, müvafiq qanunvericilikdə göstərildiyi kimi, ciddi ixrac nəzarəti sistemi çərçivəsində fəaliyyət göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə